Moldova “Qazprom” yerinə Polşanı seçdi - Tarixdə ilk - ednews.net

4 Dekabr, Şənbə

Moldova “Qazprom” yerinə Polşanı seçdi - Tarixdə ilk

Dünya A- A A+

Moldovanın “Energocom” dövlət şirkəti Polşanın PGNiG şirkətiylə müqavilə imzalayıb.

EDNews.net xəbər verir ki, bu məlumatı Moldova hökuməti yayıb. Müqaviləyə əsasən, PGNiG Moldovaya 1 milyon kub metr qaz tədarük edəcək. Qazın hansı qiymətə Kişinyova satılacağı açıqlanmayıb.

Bununla Moldova tarixdə ilk dəfə “Qazprom”a alternativ mənbədən qaz almış olub.

Qeyd edək ki, “Qazprom”la Moldova arasında bundan öncə qaz müqaviləsi ilə bağlı fikir ayrılığı yaşanıb. Rusiya Kişinyovun 709 milyon dollar borcu olduğunu və bu borcu ödəməyənə qədər müqavilə imzalamayacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...