Heç kimi maska taxmağa məcbur etməyəcəm - Lukaşenko - ednews.net

4 Dekabr, Şənbə

Heç kimi maska taxmağa məcbur etməyəcəm - Lukaşenko

Dünya A- A A+

Belarus prezidenti Aleksandr Lukaşenko maskadan istifadənin əleyhinə olmadığını, lakin heç kimi maska taxmağa məcbur etməyəcəyini deyib.

EDNews.net xəbər verir ki, bu barədə o, Qrodno vilayətindəki xəstəxananı ziyarət edərkən söyləyib.

"Mən heç vaxt maska taxmağın əleyhinə olmamışam, ancaq hesab edirəm ki, onlardan istifadə mədəniyyəti yalnız həkimlərə məxsusdur", - Lukaşenko vurğulayıb.

Əlavə edib ki, maska rejimi və peyvəndlərlə bağlı son bəyanatlarının ardınca qaçaq Belarus müxalifətinin nümayəndələri onu kovid-dissident adlandırmağa başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...