Krımın məşhur "Skif qızılı" Ukraynaya verildi - ednews.net

29 Noyabr, Bazar ertəsi

Krımın məşhur "Skif qızılı" Ukraynaya verildi

Dünya A- A A+

Amsterdam Apellyasiya Məhkəməsi “Skif qızılı” işi üzrə 7 illik məhkəmə prosesindən sonra Ukraynanın xeyrinə qərar çıxarıb.

EDNews.net xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məhkəmə qərarında qeyd olunub ki, “Skif qızılı” Ukraynanın mədəni irsinin bir hissəsidir, ona görə də Ukrayna tərəfinə verilməlidir.

Qeyd edək ki, “Skif qızıl”larının kolleksiyası Krımın dörd muzeyində saxlanılırdı və iki mindən çox artefaktdan ibarət idi. Kolleksiya 2014-cü ilin fevralında Hollandiyada keçirilən sərgiyə gətirilib. Lakin həmin ilin martında Krımın Rusiya Federasiyasına birləşdirilməsindən sonra Hollandiya muzeyi məhkəmə qərarına qədər eksponatları nə Krıma, nə də Ukraynaya qaytarmamaq qərarını vermişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...