Çin Xarici işlər naziri Vanq Yi Qətərin paytaxtı Dohada Əfqanıstanın Taliban hərəkatının nümayəndələri ilə görüşüb.
EDNews.net xəbər verir ki, Taliban tərəfindən qurulan müvəqqəti hökumət və rəsmi Pekin arasında keçirilən ilk yüksək səviyyəli görüşdə Vanq Çinin Əfqanıstanda sabitliyin yaradılması və ölkənin yenidən qurulması səylərini dəstəkləyəcəyini bildirib.
Beynəlxalq ictimaiyyətin Talibanla rasional və praqmatik əlaqə saxlamasının lazım olduğunu vurğulayan Vanq ABŞ-ı sanksiyaları ləğv etməyə çağırıb.
Nazir müvəqqəti hökumətdən uyğurların Şərqi Türküstan İslam Hərəkatı və digər terror təşkilatların Çinin təhlükəsizliyinə təhlükə yaratmasının qarşısını almasını istəyib.