Tarixdə ilk dəfə olaraq İsrailə məxsus şəxsi təyyarə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə enib.
EDNews.net “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər olmadığına görə ölkələr kommersiya məqsədli hava daşımaları həyata keçirmir.
Məlumata əsasən, bu ilk reys iki ölkə arasında münasibətlərin inkişafı yolunda əhəmiyyətli nailiyyət hesab olunur.
Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanı ötən il hava məkanlarını bir-biriləri üçün açıblar.