Türk dronları mövqeləri darmadağın etdi - Rusiyadan reaksiya - ednews.net

27 Noyabr, Şənbə

Türk dronları mövqeləri darmadağın etdi - Rusiyadan reaksiya

Dünya A- A A+

Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” PUA-ları ilə işğal altındakı Donbasdakı separatçı qüvvələrin texnikalarını vurması Rusiyada gündəm olub.

EDNews.net Teleqraf.com-a istinadən xəbər verir ki, rusiyalı deputat Andrey Medvedev əvvəllər PUA-lara ciddi yanaşmadıqlarını etiraf edib.

“Məni bu dronların pulemyotlarla vurula biləcəyinə və “AliExpress”dən (Çin şirkəti) alınmış ucuz materiallardan hazırlandığına inanırdıq. İndi bizi buna inandıran ekspertlərin fikri maraqlıdır”, - deputat bildirib.

Dünən axşam saatlarında Ukrayna ordusuna məxsus “Bayraktar TB2” PUA-ları Donbasın Qranitnoye kəndində separatçı qüvvələrin artilleriya batareyasını hədəfə alıb. “Bayraktar”dan atılan raket batareyanı məhv edib. Separatçılar bundan sonra mövqelərini tərk edərək qaçıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...