İran nüvə proqramı üzrə üç Avropa ölkəsi ilə danışıqlar aparmağa hazırdır - ednews.net

27 Noyabr, Şənbə

İran nüvə proqramı üzrə üç Avropa ölkəsi ilə danışıqlar aparmağa hazırdır

Dünya A- A A+

İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri ilə danışıqlar aparmağa hazırdır.

EDNews.net “Report”-agentliyinə istinadən xəbər verir ki, rəsmi Tehran sadalanan ölkələrə nümayəndələrini göndərməyi və ya İran diplomatlarını bu 3 ölkəyə göndərməyi təklif edib, lakin hələlik bununla bağlı heç bir cavab alınmayıb.

İran XİN rəhbərinin müavini Əli Bagerinin oktyabrın 27-də Brüsseldə Avropa İttifaqının Xarici siyasət xidməti katibinin müavini, JCPOA üzrə birgə komissiyanın koordinatoru Enrike Mora ilə görüşəcəyi gözlənilir. Onlar arasında oktyabrın 14-də Tehranda baş tutmuş görüşdə nüvə razılaşmasına qayıtma problemi müzakirə olunub, həmçinin məsləhətləşmələri Brüsseldə davam etdirmək barədə razılıq əldə olunub.

 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...