Türkiyə XİN ASALA üzvünün azadlığa buraxılmasına münasibət bildirib - ednews.net

27 Noyabr, Şənbə

Türkiyə XİN ASALA üzvünün azadlığa buraxılmasına münasibət bildirib

Dünya A- A A+

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) türk konsulu öldürən ASALA üzvünün azadlığa buraxılmasına münasibət bildirib.

EDNews.net-in APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

"Adı çəkilən terrorçu ilə bağlı qərarı terrora güzəştə gedən böyük səhv kimi qiymətləndirir və bunu pislədiyimizi bir daha vurğulayırıq. Bu cür qərarların terrorla mübarizəyə deyil, siyasi məqsədlər üçün istifadə oluna biləcək faydalı alət kimi təbliğ etməyə çalışan dairələrin gündəminə xidmət edəcəyi aydındır.

Şəhid diplomatımız Kamal Arıkan və erməni terror təşkilatlarının hücumlarında həyatını itirən bütün şəhidlərimizi bir daha hörmət və rəhmətlə yad edirik", - deyə Türkiyə XİN-in yaydığı məlumatda bildirlib.

Qeyd edək ki, 1982-ci ildə Türkiyənin Kaliforniyadakı konsulunu öldürən ASALA terror təşkilatının üzvü Ambik Sasunyan azadlığa buraxılıb və Ermənistandadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...