Unikal floraya malik Krım Rusiya hərbi dəniz bazasına çevrilib - Zelenski - ednews.net

21 Yanvar, Cümə

Unikal floraya malik Krım Rusiya hərbi dəniz bazasına çevrilib - Zelenski

Dünya A- A A+

Ukrayna prezidenti Vladimir Zelenski Şotlandiyanın Qlazqo şəhərində keçirilən 26-cı Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransında (COP26) çıxış edib.

EDNews.net xəbər verir ki, Zelenski çıxışı zamanı qlobal istiləşmənin öhdəsindən gəlmək üçün etimadın hər il azaldığı vurğulayaraq,beynəlxalq razılaşmaların sadəcə sözdə qüvvədə olduğuna diqqət çəkib.

Bununla yanaşı, Zelenski unikal floraya malik Krımın Rusiya hərbi dəniz bazasına çevrildiyini və Donbasın bəzi ərazilərinin minalarla dolduğunu qeyd edərək, bu vəziyyətin bütün dünya üçün təhlükə olduğunu bildirib: 

"Donbas və Krım Avropanın mərkəzində iki ekoloji bombaya çevrilib". 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...