Ermənistan poliqonunda PARTLAYIŞ - YARALILAR VAR - ednews.net

1 Dekabr, Çərşənbə

Ermənistan poliqonunda PARTLAYIŞ - YARALILAR VAR

Dünya A- A A+

Ermənistan ordusunun hərbi hissələrindən birində baş verən hadisə nəticəsində bir neçə hərbi qulluqçu yüngül xəsarət alıb, bir nəfər isə ağır yaralanıb.

EDNews.net Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı məlumat erməni sosial şəbəkələrinə yayılıb. Bildirilib ki, Armavir poliqonunda məşğələ zamanı Arek adlı erməni əsgərinin ehtiyatsızlığı səbəbindən partlayış baş verib. Yüngül xəsarət alanlara hərbi hissənin tibb məntəqəsində yardım edilib. 

Ağır yaralanan əsgər isə Təcili tibbi yardım maşını ilə Armavir şəhər tibb mərkəzinə aparılıb. Burada həyata keçirilən əməliyyat nəticəsində 19 yaşlı Arek adlı əsgərin barmaqları amputasiya edilib. 

İctimaiyyətə məlumat verilməsə də, faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...