Lavrovdan Qazaxıstana "yumşaq hədə" - "Rusdilli əhaliyə qarşı..." - ednews.net

24 Yanvar, Bazar ertəsi

Lavrovdan Qazaxıstana "yumşaq hədə" - "Rusdilli əhaliyə qarşı..."

Dünya A- A A+

Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ayrı-ayrı ksenofobiya faktları Rusiya ilə əməkdaşlığı gözdən salmaq məqsədi daşıyır.

EDNews.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici işlLavrov ər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.

Məqalədə deyilir: “Təəssüf ki, son vaxtlar biz Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ksenofobiyanın bir sıra əks-səda doğuran təzahürlərinə şahid olduq. Bu hallar əsasən xaricdən xüsusi informasiya texnikasının istifadəsinin nəticəsidir ki, bu da kiçik şəhərlərdə millətçiliyin aşılanmasına və Rusiya ilə əməkdaşlığın gözdən salınmasına yönəlib".

Bununla belə, nazir qeyd edib ki, Nur-Sultanla ikitərəfli münasibətlərin səviyyəsi hər bir narahatlıq yaradan hadisə üçün birgə operativ tədbir görməyə imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...