Rusiyanın ssenarisinin nə olduğunu demək tezdir - Ukrayna XİN rəhbəri - ednews.net

1 Dekabr, Çərşənbə

Rusiyanın ssenarisinin nə olduğunu demək tezdir - Ukrayna XİN rəhbəri

Dünya A- A A+

"Rusiyanın ssenarisinin nə olduğunu demək tezdir, ancaq biz bütün ssenarilərə hazır olmalıyıq".

EDNews.net-in xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında deyib.

Ukrayna XİN başçısı vəziyyətin pisləşdiyini bildirib. O deyib ki, Rusiya Avropaya qarşı hibrid müharibə başladıb, bura Rusiyanın Ukrayna sərhədlərinə yığdığı hərbi qüvvələr, Avropadakı qaz böhranı, qanunsuz miqrantların Avropaya axını daxildir.

"Rusiyanın ssenarisinin nə olduğunu demək tezdir. Biz bütün ssenarilərə hazır olmalıyıq və dayanıqlılığımızı artırmalıyıq. Ən vacib məqam isə vəziyyətin gərginləşməsi və ən pis ssenarilərin qarşısını almaq üçün NATO müttəfiqlərimizlə atacağımız addımları koordinasiya etməkdir. NATO-nun Ukraynaya praktiki dəstəyini və nümayiş etdiridiyi həmrəyliyi yüksək qiymətləndiririk", -deyə Dmitri Kuleba bildirib.

O deyib ki, bu gün NATO Baş katibi ilə görüşündə Ukraynanın Rusiyadan necə müdafiə olunacağını müzakirə edib.

Ukrayna XİN başçısı əlavə edib ki, o və gürcüstanlı həmkarı növbəti ay Riqada keçiriləcək NATO ölkələrinin XİN başçılarının iclasına dəvət olunub.

Qeyd edək ki, Rusiya Ukrayna ilə sərhədə hərbi qüvvələrini toplayır. Qərb mətbuatında bu hərəkətliliyi Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə əlaqələndirlirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...