Aİ 2025-ci ilə qədər ABŞ-ın köməyi olmadan qoşun yerləşdirməyi hədəfləyir - ednews.net

3 Dekabr, Cümə

Aİ 2025-ci ilə qədər ABŞ-ın köməyi olmadan qoşun yerləşdirməyi hədəfləyir

Dünya A- A A+
Avropa İttifaqı (Aİ) bir sıra böhranlara müdaxilə etmək və ABŞ-ın köməyi olmadan 2025-ci ilə qədər 5,000-ə qədər hərbi qulluqçudan ibarət birgə hərbi qüvvənin yaradılmasını nəzərdən keçirir.
 
EDNews.net xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

9 noyabr tarixli və 28 səhifəlik məxfi sənədə əsasən, Aİ-nin “Sürətli Yerləşdirmə Qüvvələri” böhrandan asılı olaraq istənilən daimi qüvvə ilə dəyişdirilə bilən quru, dəniz və hava komponentlərindən ibarət olmalıdır.

Aİ xarici işlər və müdafiə nazirləri planı bazar ertəsi axşam Brüsseldə müzakirə etməyə başlayıb və gələn ilin mart ayına qədər yekun sənəd üzərində razılaşmaq məqsədi ilə müzakirələr davam edir.

Aİ-nin iki hərbi gücü olan İtaliya və Fransa layihəni dəstəkləyit. Almaniyanın gələcək federal koalisiya hökumətinin tezliklə gözlənilən baxışı olduqca vacibdir.

“Sənəd yüksək səviyyəli ambisiyaları özündə ehtiva edir, eyni zamanda konkret və operativ təkliflər verir. Bu, yaxşı tarazlıqdır”, - deyə Fransa Silahlı Qüvvələrinin naziri Florens Parli jurnalistlərə bildirib. Onun italiyalı həmkarı Lorenzo Querini deyib ki, bu, həm də NATO-nu tamamlayacaq və transatlantik əlaqələri gücləndirəcək.

Hər hansı bir qərarın təsdiqi konsensus tələb etsə də, Aİ-nin 27 dövlətinin hamısının iştirak etməsinə ehtiyac yoxdur.

“Strateji Kompas” adlanan layihə Aİ-nin hərbi doktrinaya malik ola biləcəyi ən yaxın platformadır və ABŞ-ın rəhbərlik etdiyi NATO-nun alyansın məqsədlərini müəyyən edən “Strateji Konsepsiyası”na bənzəyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...