Yunan nazir yenə Türkiyəyə söz atdı - "Belarus Ankara taktikalarından istifadə edir" - ednews.net

3 Dekabr, Cümə

Yunan nazir yenə Türkiyəyə söz atdı - "Belarus Ankara taktikalarından istifadə edir"

Dünya A- A A+

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Kipr, Misir və Fransa XİN rəhbərlərini Afinada qəbul edib.

Kipr mətbuatında yer alan xəbərlərə görə görüşdə Şərqi Aralıq dənizi, Yaxın, Orta Şərq və Körfəz regionunda müşahidə edilən son proseslər, həmçinin Kipr problemini müzakirə edib. 

Görüşdə Dendias növbəti dəfə Türkiyənin əleyhinə qalmaqallı açıqlamalar verib. O, regionda yaşanan çətinliklərin səbəbkarının Türkiyə olduğunu bildirib. Həmçinin ölkəsindəki qaçqınları Polşa sərhəddinə yığan Belarusun rəsmi Ankaranın əvvəlki taktikalarından bəhrələndiyini iddia edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...