ABŞ Ukraynaya iki sualtı qayıq göndərdi - ednews.net

21 Yanvar, Cümə

ABŞ Ukraynaya iki sualtı qayıq göndərdi

Dünya A- A A+

ABŞ Sahil Mühafizəsinə aid iki sualtı qayığın olduğu gəmi Ukraynaya yola düşüb.

EDNews.net xəbər verir ki, gəmi artıq Çanaqqala boğazından keçib.

Gəminin Mərmərə dənizindən Boğaziçi istiqamətində keçməsi gözlənilir, bundan sonra o, Qara dənizdə hərəkətə başlayacaq.

ABŞ-ın Ukraynadakı səfirliyi bildirib ki, sualtı qayıqlar Ukraynanın dəniz təhlükəsizliyini gücləndirməyə və ölkənin Hərbi Dəniz Qüvvələrinin NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağa kömək edəcək. Bu, Ağ Evin 2014-cü ildən Kiyevə verdiyi hərbi yardımın bir hissəsidir. Yardımın ümumi məbləği 2,5 milyard ABŞ dollarından çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...