Saakaşvilinin məktubu yayıldı - Baydendən nələr istəyir? - ednews.net

19 Yanvar, Çərşənbə

Saakaşvilinin məktubu yayıldı - Baydendən nələr istəyir?

Dünya A- A A+

Eks-prezident Mixail Saakaşvili ABŞ Prezidenti Co Baydenə müraciət edib.

EDNews.net xəbər verir ki, müraciətin mətni “Politoko” nəşrində yayımlanıb.

Məktubda Saakaşvili Gürcüstandakı siyasi vəziyyət, hakim partiyanın seçkiləri saxtalaşdırması və demokratiyanın önünü kəsməsindən bəhs edib:

“Mən Gürcüstana bir neçə illik fasilədən sonra, bu payız gəldim. Bilirdim ki, türməyə düşəcəyəm. Ümid edirəm, buradakı həyəcanlı vəziyyətə diqqət ayıracaqsınız. Burda minlərlə gürcü ötən ay keçirilən seçkilərə etiraz olaraq küçələrə çıxıb”.

Saakaşvili Baydenə 2009-cu ildə Tiflisə səfərini xatırladıb və Gürcüstandakı proseslər haqda ABŞ administrasiyasını münasibət bildirməyə çağırıb:

“ABŞ Adminsitrasiyasını bizim ciddi təhlükə altında olan gənc demokratiyanı müdafiə etməyə çağırıram. Baydenin demokratiyaya verdiyi dəyəri nəzərə alaraq, ümid edirəm ki, o, əldə etmək üçün çalışdığımız azadlıqları sarsırdığı üçün Gürcüstan hakimiyyətinə çağırış edəcək”.

Sabiq prezident bildirib ki, Gürcüstanda azadlıqlar erroziyaya uğrayır, məhkəmə hakimiyyəti nəzarətə alınır, klan sistemi və korrupsiya inkişaf edir. O, həmçinin gürcü hakimiyyətini NATO-ya inteqrasiyaya maneə yaratmaqda və Rusiya maraqlarını icra etməkdə ittiham edib.

Saakaşvili məktubunda ABŞ-ı gürcü hakimiyyətini demokratiyanı sarsıtdığı üçün açıq şəkildə qınamağa və Gürcüstanda insan haqlarını pozan şəxslərə sanksiya tətbiq etməyə çağırıb.

Saakaşvili bildirib ki, Tiflisin Demokratiya Sammitinə dəvət edilməsindən də imtina edilməlidir, çünki bu dəvət “yanlış siqnallara” səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...