İran şirkətləri Ermənistanda istehsalat müəssisələri yaradır - ednews.net

29 Noyabr, Bazar ertəsi

İran şirkətləri Ermənistanda istehsalat müəssisələri yaradır

Dünya A- A A+
İran şirkətləri Ermənistanda kimya məhsulları və yazı alətləri istehsalına başlayacaq.
 
EDNews.net xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.
 
İşçi qüvvəsi Ermənistandan cəlb olunacaq, çünki şirkətlərin müraciətlərində Avrasiya İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün lazım olan iş icazələri tələb olunmayıb.
 
O əlavə edib ki, iranlı iş adamlarının müraciəti artıq Ermənistan hökumətinin idarələrarası komissiyasında nəzərdən keçirilir və çox güman ki, gələn cümə axşamı hökumətin iclasında təsdiqlənəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...