Polşa – Belarus sərhədindəki vəziyyət Vişeqrad Qrupunda müzakirəyə çıxarılır - ednews.net

4 Dekabr, Şənbə

Polşa – Belarus sərhədindəki vəziyyət Vişeqrad Qrupunda müzakirəyə çıxarılır

Dünya A- A A+

Polşanın Baş naziri Mateuş Moraveçki Belarus sərhədindəki mövcud vəziyyəti müzakirə etmək üçün Vişeqrad Qrupuna müraciət edib.

EDNews.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Piotr Müller sabah Vişeqrad Qrupunun Budapeştdə görüş keçirəcəyini bildirib.

O deyib ki, məsələnin geosiyasi fəsadlarını daha çox hiss edəcək region ölkələrindən başlayırıq.

Ötən gün Polşa hökumət başçısı Latviya, Litva, Estoniyaya səfər edərək Belarus sərhədindəki miqrant böhranı ilə bağlı məsələni müzakirə edib. Onun fikrinə görə, həmin məsələ Ukraynanın şətrqindəki münaqişə və təbii qazın qiymətinin qalxması ilə yanaşı, Rusiyanın Avropa İttifaqına qarşı apardığı hibrid müharibəsinin bir parçasıdır.

Xatırladaq ki, Vişeqrad Qrupunun üzvləri Macarıstan, Slovakiya, Çex Respublikası və Polşadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...