Polşada əcnəbilər üçün mühafizə olunan mərkəzdə qanunsuz miqrantlar iğtişaşlar törədiblər.
EDNews.net xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Polşa mətbuatının məlumatına görə, Vencin şəhərində yüzlərlə qeyri-qanuni miqrant mərkəz binasının qarşısındakı əraziyə gələrək avadanlıqları zədələməyə və şüşələri sındırmağa başlayıblar. Eyni zamanda miqrantlar “Azadlıq” qışqıraraq Avropaya gəlməkdə məqsədlərinin Almaniya olduğunu bildiriblər.
Polşa Sərhəd Mühafizəsinin sözçüsü Anna Miçalskaya da bildirib ki, qeyri-qanuni miqrantlar hasarları zorla çəkməyə cəhd ediblər, lakin iki və ya üçqat hasarlar var, ona görə də vəziyyət nəzarət altındadır.
Qeyd olunur ki, mərkəzdə ümumilikdə 604 əcnəbi saxlanılır ki, onların da əksəriyyəti İraq və Əfqanıstandan olan kişilərdir.