Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişinə hazırlıq barədə məlumat aldığını bildirib.
“Bizdə təkcə kəşfiyyat məlumatları deyil, hətta audio məlumatlarımız da var ki, orada Ukraynadan olan nümayəndələr Rusiya nümayəndələri ilə, tutaq ki, Rinat Axmetovun Ukraynada dövlət çevrilişində iştirakını, bu işə, bir milyard dollar cəlb edəcəyi və s. müzakirə edirlər, - o, mətbuat konfransı zamanı bildirib.
EDNews.net "Ria Novosti"yə istinadən xəbər verir ki, bununla yanaşı, dövlət başçısı buna, eləcə də iş adamının iştirakına inanmadığını əlavə edib.