Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki günlük rəsmi səfərlə Türkmənistana yollanacaq.
EDNews.net TRT-yə istinadən xəbər verir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunacaq, birgə anlaşmalar imzalanacaq.
Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşəcək.
Həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatılacaq.