Papikyan ordu rəhbərliyini topladı - islahatlar aparılır - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Papikyan ordu rəhbərliyini topladı - islahatlar aparılır

Dünya A- A A+
Ermənistan Müdafiə Nazirliyində silahlı qüvvələr rəhbərliyinin toplantısı keçirilib.
 
EDNews.net Axar.az-a istinadən xəbər verir ki, iclasda müdafiə naziri Suren Papikyan ordudakı irimiqyaslı islahatlar prosesinin ardıcıl və effektli aparılmasının vacibliyindən danışıb.
 
O bildirib ki, respublika rəhbərliyi nə yolla olursa-olsun, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi tapşırığını verib. Eyni zamanda erməni ordusunda nizam-intizam məsələsindəki çatışmazlıqların da aradan qaldırılması hədəf seçilib.
 
Papikyan bildirib ki, vacib məqsədlərdən biri hərbçilərin peşəkarlığının artırılmasıdır və bu istiqamətdə ciddi addımlar atılacaq.
 
Qeyd edək ki, erməni ordusunda başıpozuqluq, daxili atışmalar səbəbindən son vaxtlar onlarla əsgər ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...