Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə məhkəmə iclası başlayıb.
EDNews.net-in xəbərinə görə, iclasa siyasətçilər, ictimai fəallar və media nümayəndələri buraxılmayıb.
Müdafiə tərəfindən vəkillərlə yanaşı M. Saakaşvilinin anası Qiuli Alasanianın məhkəmə iclasında iştirakına icazə verilib. M. Saakaşvilinin vəkillərinin iclasın yerli telekanallar vasitəsilə canlı yayımlanması tələbi qəbul edilməyib. Ümumilikdə 5 ayrı iş üzrə ittiham edilən sabiq Prezident M. Saakaşvilinin öz məhkəməsində iştirakına ilk dəfə icazə verilir.
***
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bazar ertəsi məhkəmə prosesində iştirak etməyə qərar verib.
EDNews.net xəbər verir ki, bu sözləri “Empatiya” reabilitasiya mərkəzinin rəhbəri, həkim Mariam Cişkariani deyib.
O bildirib ki, Saakaşvilinin hələ uzun zaman xəstəxana şəraitində müalicə alması vacibdir.
Qeyd edək ki, 29 noyabr tarixində Tiflisdə müxalifətin 2007-ci il 7 noyabr mitinqinin qarşının alınması işi ilə əlaqədar məhkəmə prosesi baş tutacaq.