Rusiyanın bu addımı Türkiyədə səs-küyə səbəb oldu - Ankaradan SƏRT REAKSİYA - ednews.net

17 Yanvar, Bazar ertəsi

Rusiyanın bu addımı Türkiyədə səs-küyə səbəb oldu - Ankaradan SƏRT REAKSİYA

Dünya A- A A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada terror təşkilatı PKK-nın Suriya qanadı YPG ilə görüşüb. Bu səfərdən sonra Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin nəzarətində olan bir qrupun Rusiya hakimiyyəti tərəfindən yüksək səviyyədə qəbul edilməsinin narahatlıqla qarşılandığı qeyd edilib.

EDNews.net "haberler.com"-a istinadən bildirir ki, Bəşər Əsəd administrasiyası ilə PKK-nın Suriya qanadı YPG arasında vasitəçilik edən Rusiyadan yeni addım gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada PKK/YPG liderlərindən İlham Amedin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyəli protokolla qəbul edib.

Digər tərəfdən, Ankara PKK/YPG-nin Moskvaya səfərinə sərt açıqlama ilə reaksiya verib. Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin rəhbərliyi altında “Suriya Demokratik Şurası” adlanan ünsürlərdən ibarət bir qrupun Rusiya Federasiyasına dəvət edilməsi və Rusiya Federasiyası tərəfindən rəsmi protokolla qəbul edilməsinin narahatlıqla qarşılandığı bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...