Rusiya bu ilin fevral ayında baş tutan hərbi çevrilişə baxmayaraq, Myanmaya “Pantsir-S1” Zenit-Raket Komplekslərinin (ZRK) tədarükünü həyata keçirib.
EDNews.net xəbər verir ki, bu barədə “Urdupoint” nəşri öz mənbələrinə istinadən yazıb.
SIPRI (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) tərəfindən dərc edilən məlumatlara görə, 2020-ci ildə Myanma Rusiyadan açıqlanmayan sayda “Pantsir-S1” ZRK-ları sifariş verib. Tərəflər yanvar ayında “Pantsir” ZRK-ları ilə əlaqədar müqavilə imzalayıb.
“Pantsir-S1” orta mənzilli ZRK-dır. Rusiyada KBP Dizayn Bürosunun bir hissəsi olan “Şçeqlovskaya Zaseka” tərəfindən hazırlanıb. Yük maşınlarına quraşdırılmış ZRK təyyarələri, PUA-ları və qanadlı raketləri vurmaq üçün istifadə edilir.