Saakaşvilinin məhkəməsi zamanı 15 nəfər saxlanılıb - YENİLƏNİB - ednews.net

21 Yanvar, Cümə

Saakaşvilinin məhkəməsi zamanı 15 nəfər saxlanılıb - YENİLƏNİB

Dünya A- A A+

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi ərazidə təşkil olunan aksiya zamanı 15 nəfər saxlanılıb.

EDNews.net-in xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polisin qanuni tələbinə riayət etməyən və zorakılığa yol verən etirazçılar proporsional güc tətbiq edilməklə saxlanılıb. Saxlanılanlar arasında müxalifət lideri Gigi Uqulavanın olduğu da bildirilir.

***

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsinin ətrafına toplanmış aktivistlərlə polis arasında qarşıdurma baş verib.

Məhkəmə binasının yaxınlığındakı beton məhəccərə dırmanmağa çalışan etirazçılara polis icazə verməyib.

Nəticədə tərəflər arasında fiziki qarşıdurma yaranıb, xəsarət alanların olduğu bildirilir.

Bəzi aksiyaçıların polisə butulkalar atıb, polis isə aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə əlaqədar yaydığı bəyanatda aksiyanın təşkilatçılarını və siyasi liderləri zorakılığa yol verməməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...