“21-ci əsr Türkiyənin əsri olacaq” demişdim... - Ərdoğan - ednews.net

20 Yanvar, Cümə axşamı

“21-ci əsr Türkiyənin əsri olacaq” demişdim... - Ərdoğan

Dünya A- A A+
Belə görüşlər qlobal dünyada əməkdaşlığın, birgə fəaliyyətin və həmrəyliyin ən mühüm göstəriciləridir. Bunlar çox da adi görüşlər deyil, şükürlər olsun ki, bu müddətdə buna nail ola bildik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Zirvə toplantısından danışarkən deyib.
 
"Türk cümhuriyyətlərinin hamısı burada lider kimi iştirak edirdi. Burada daha bir məsələ var. Qan bağları, tarixi-mədəni bağları olan qədim türk millətinin bu addımları atması bizim aramızda olan bağları daha da gücləndirir. Beləliklə, biz dünyada çox fərqli bir formalaşmanı həyata keçirməyə doğru irəliləyirik. Təbii ki, bunlar bizim üçün əsl qürur mənbəyidir. 2013-cü ildə “21-ci əsr Türkiyənin əsri olacaq” demişdim. Bu həm də dünyada türklərin belə bir əsr quracağının ifadəsi idi. Bu məqamda liderlər mühüm mövqeyə malikdirlər. Onların bizə olan sevgisi çox-çox fərqlidir. Onların Türkiyə sevgisi çox fərqlidir", - Ərdoğan qeyd edib.

 

moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...