Fransa prezidenti Emmanuel Makron müşavirləri ilə görüşündə Boris Consonu təlxək, kabinetini isə sirklə müqayisə edib.
EDNews.net xəbər verir ki, bu barədə Fransada nəşr olunan “Le Canard Enchaine” jurnalı yazıb. Qalmaqallı yazı mediada qısa zamanda gündəm mövzusuna çevrilib.
"Baş nazir uğursuzluğu üçün günah keçisi axtarır" deyən Makron Böyük Britaniyanın baş naziri Boris Consonu ittiham edib.