Putin-Bayden görüşünün tarixi açıqlandı - ednews.net

21 Yanvar, Cümə

Putin-Bayden görüşünün tarixi açıqlandı

Dünya A- A A+

Rusiya və ABŞ Prezidentləri arasında videokonfrans formatında baş tutacaq görüşün tarixi açıqlanıb.

EDNews.net xəbər verir ki, görüş dekabrın 7-si keçiriləcək.

Putin və Baydenin danışıqlar zamanı Avropa və Ukraynadakı vəziyyəti, eləcə də daha əvvəl əldə olunan razılıqların icrasını müzakirə edəcəyi gözlənilir.

Rusiya mediasının daha əvvəl yaydığı məlumata görə, iki ölkə lideri arasında iki görüşün keçirilməsi planlaşdırılır. Birinci görüş 2021-ci ilin sonunda onlayn formatda, ikinci görüş isə 2022-ci ildə canlı şəkildə keçiriləcək.

Qeyd edək ki, Putin və Bayden arasında ilk danışıqlar iyunun 16-sı Cenevrə şəhərində keçirilib. Bu zaman liderlər arasında görüş təqribən 3 saat yarım davam etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...