İranın nüvə silahı olmayacaq – nə yaxın illərdə, nə də sonra - “Mossad” rəhbəri - ednews.net

21 Yanvar, Cümə

İranın nüvə silahı olmayacaq – nə yaxın illərdə, nə də sonra - “Mossad” rəhbəri

Dünya A- A A+

Dünya gücləri ilə İran arasında "pis" nüvə sazişi İsrail üçün "qəbuledilməz" olacaq, Mossad rəhbəri Devid Barnea, İslam Respublikasının heç vaxt nüvə silahı almayacağına vəd edərək deyib. Bu barədə “Timews of Israel” xəbər verir.  

"Mülki məqsədlər üçün 60 faiz zənginləşdirilmiş urana ehtiyac olmadığı aydındır", - Devid Barnea deyib. “Üç zənginləşdirmə mərkəzinə ehtiyac yoxdur. Minlərlə aktiv sentrifuqaya ehtiyac yoxdur - əlbəttə ki, nüvə silahı yaratmaq niyyəti yoxdursa. İran regional hegemonluğa can atır, Yaxın Şərqdə sabitliyi daim təhdid edir...

Biz hazırıq və İsrail üçün təhlükəni azaltmaq və istənilən vasitə ilə qarşısını almaq üçün nə lazımdırsa edəcəyik. İranın nüvə silahı olmayacaq – nə yaxın illərdə, nə də sonra. Bu mənim vədimdir, Mossadın vədidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...