Misir EDEX-2021 sərgisində yerli PUA-larını təqdim edib - ednews.net

25 Yanvar, Çərşənbə axşamı

Misir EDEX-2021 sərgisində yerli PUA-larını təqdim edib

Dünya A- A A+

Misir Qahirədə keçirilən EDEX-2021 sərgisində özünün ilk iki yerli PUA-sını təqdim edib.

EDNews.net xəbər verir ki, təqdim edilən platformalar “Neuth” və “EJune-30” PUA-larıdır.

“Neuth” Misirin səma ilahəsinin adını daşıyır. O, Ərəb Sənayeləşmə Təşkilatı və Hərbi Texniki Kolleci tərəfindən birgə istehsal olunur.

Digər PUA, yəni “EJune-30” isə 8,9 m uzunluğundadır və avtomatlaşdırılmış uçuş və eniş imkanları ilə təchiz edilib. 12 m qanad açılımı var və maksimum uçuş çəkisi 1400 kq-dır.

Misir, həmçinin müşahidə missiyaları üçün “Thebes-30” PUA-ları da inkişaf etdirir. Bu platforma da EDEX-2021 sərgisində nümayiş etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...