Makron: - "Aİ ölkələri Əfqanıstanda birgə diplomatik nümayəndəlik aça bilər" - ednews.net

28 Yanvar, Cümə

Makron: - "Aİ ölkələri Əfqanıstanda birgə diplomatik nümayəndəlik aça bilər"

Dünya A- A A+

Aİ ölkələri Talibanı rəsmi orqan kimi tanımadan Əfqanıstanda birgə diplomatik nümayəndəlik aça bilər.

EDNews.net-in "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron Dohadan Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Biz bir neçə Avropa ölkəsi ilə birgə Avropa səfirlərinin fəaliyyət göstərə biləcəyi ümumi bir yer təşkil etməyi düşünürük. Bu addım siyasi tanınma və ya Talibanla siyasi dialoqdan fərqlidir. Biz mümkün qədər tez missiyanı açmağa çalışacağıq", - deyə Fransa lideri bildirib.

O əlavə edib ki, diplomatik nümayəndəliyin açılmasından əvvəl təhlükəsizlik məsələləri həll olunmalıdır.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...