İran yeni inqilabın astanasındadır? - ednews.net

28 Yanvar, Cümə

İran yeni inqilabın astanasındadır?

Dünya A- A A+

İranda vətəndaş “Xamneyiyə ölüm” şüarı səsləndirib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Aksiya iştirakçısı molla rejiminin məmurları ilə söz duelinə çıxıb.

Mübahisənin sonunda vətəndaş “Xamneyiyə ölüm” şüarı səsləndirib.

Maraqlıdır ki, bu, İranda yeni inqilabın başlanğıcı ola bilər?

EDNews.net xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, geniş aksiyalar olsa da, böyük inqilab gözlənilən deyil:

"İranda “Xamneyiyə ölüm” şüarlarının səslənməsi yeni deyil. Əvvəllər də səslənib. 98-ci ildə, 2000-ci illərdəki prezident seçkilərində, istənilən sosial yönlü etiraz aksiyalarında "Xamneyiyə ölüm" şüarları ilə yanaşı, həm də rejimə qarşı şüarlar səslənir.

Ümumiyyətlə, kimsəyə ölümlə bağlı şüarlar İranda aksiyalarda əvvəllər də olub. Bu, yeni hadisə deyil. O ki qaldı İranda inqilaba, düşünürəm ki, hazırda orada inqilabın baş verməsi üçün şərait yoxdur. Çünki inqilabı şərtləndirən bir sıra amillər var ki, o amillər İranda hiss olunmur.

Ona görə də yaxın dövrdə İranda inqilabın yaxud böyük miqyaslı etiraz aksiyasının baş verəcəyi və rejimin bunun qarşısında aciz qalacağı ehtimalı azdır. Amma İranda etiraz aksiyalarının davamlı olacağı və genişlənəcəyi də istisna olunmur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...