Səudiyyə Ərəbistanı və Fransa hidrogen yanacağı ilə işləyən avtomobillər istehsal edəcəklər - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Səudiyyə Ərəbistanı və Fransa hidrogen yanacağı ilə işləyən avtomobillər istehsal edəcəklər

Dünya A- A A+

Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində “Aramco” enerji şirkəti və “Gaussin” korporasiyası arasında hidrogen yanacağı ilə işləyən avtomobillərin istehsalına dair Saziş imzalanıb.

EDNews.net AZƏRTAC-a istinadla xəbər verir ki, Sazişdə hidrogen yanacağı ilə işləyən və sıfır karbon qazı emissiyası olan avtomobillərin istehsalı və tədarükü ilə yanaşı, onların hərəkəti üçün xüsusi trasların inşası da nəzərdə tutulub. Bu məqsədlə “Aramco”nun Yüksək İnnovasiya Mərkəzi yeni layihələr həyata keçirəcək. Sazişdə, həmçinin “Dakar” rallisinin Səudiyyə Ərəbistanı mərhələsinin hidrogen yanacağı ilə işləyən avtomobillərin hərəkət edəcəyi trasda keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, “Aramco” və fransız şirkətləri arasında süni intellekt və yaşıl texnologiyanın tətbiqi üzrə sazişlər, həmçinin “Airbus” ilə birgə hərbi aviasiya müəssisəsinin inşasına dair kontrakt da imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...