Ankara Ukraynaya “Bayraktar” satmasını Moskva ilə Kiyev arasındakı gərginliklə əlaqələndirmir - ednews.net

24 Yanvar, Bazar ertəsi

Ankara Ukraynaya “Bayraktar” satmasını Moskva ilə Kiyev arasındakı gərginliklə əlaqələndirmir

Dünya A- A A+

“Türkiyənin "Bayraktar" pilotsuz uçan aparatlarının Ukraynaya tədarükü Moskva və Kiyev arasındakı gərginliklə əlaqəli deyil”.

EDNews.net bildirir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Milliyet” qəzetinə müsahibəsində bildirib.

İsmayıl Dəmir bildirib ki, Ukraynaya pilotsuz uçan aparatlarının (PUA) bir partiyasını artıq satıblar:

“Amma elə bir şey yoxdur ki, biz indi Rusiya ilə gərginlik olanda Ukraynaya PUA satırıq. Satılan partiya ilə bağlı əvvəldən danışılan razılaşmalar olub. Ukraynanın bununla bağlı müəyyən istehsal və investisiya layihələri var idi.

Bunun son hadisələrlə əlaqəsi yoxdur. Türkiyənin Rusiya ilə gərginliyə görə Ukraynaya PUA göndərməsi fikri olmamalıdır”.

İsmayıl Dəmir onu da vurğulayıb ki, Ankara və Moskvanın müdafiə sənayesində, o cümlədən Türkiyənin TF-X qırıcısının yaradılmasında bir çox əməkdaşlıq nöqtələri var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...