Tacikistanda hərbi infrastruktur KTMT-nin kollektiv qüvvələrinin koalisiya qruplarının maraqlarına uyğun təkmilləşdiriləcək.
EDNews.net xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
Onun sözlərinə görə, qarşıya qoyulan məqsədlərə nail olunub və nəticələr kollektiv təhlükəsizlik sisteminin gücləndirilməsinə, regional sabitliyin qorunmasına töhfə verəcək.
Qeyd edək ki, Talibanın Kabildə hakimiyyətə gəlməsi fonunda Tacikistan və Əfqanıstan sərhədindəki vəziyyət Rusiya və regionun digər ölkələrini narahat edir.