Putin iclasda qəzəbləndi - Rejissorla mübahisənin görüntüləri... - VİDEO - ednews.net

17 Yanvar, Bazar ertəsi

Putin iclasda qəzəbləndi - Rejissorla mübahisənin görüntüləri... - VİDEO

Dünya A- A A+

Rusiya prezidenti Vladimir Putin bu gün vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə Şuranın videokonfrans rejimində keçirilən iclası zamanı həmin Şuranın üzvü, rejissor Aleksandr Sokurovla mübahisə edib.

EDNews.net virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb rejissorun Rusiyanın problemləri, onun ərazisindəki millətlərarası münaqişələr, ərazi iddiaları və ölkə ərazisində yaşayan xalqların taleyi barədə problemləri qaldırması olub. Sokurov çıxışında bildirib ki, prezident Rusiyanın tərkibində yaşamaq istəməyənlərə də diqqət yetirməlidir.

Putin isə rejissorun çıxışına sərt reaksiya verib, onun dediklərini “qorxulardan ibarət manifest” adlandırıb. “Bəs siz hardan bilirsiniz ki, kim bizimlə yaşamaq istəyir, kim istəmir? Siz bizim ərazimizdə Yuqoslaviyanın təkrarlanmasını istəyirsiniz?”, - Putin Sokurova bildirib.

Prezident əlavə edib ki, rejissorun şəxsiyyətinə hörmətlə yanaşır, amma o səsləndirdiyi məlumatları yoxlamalı idi. Çünki həmin mövzuda səthi danışmaq, üstəlik bütün ölkənin qarşısında, yolverilməzdir.

“90-cı illərin qanlı dövrü göstərdi ki, bütün bunlar nə ilə nəticələnə bilər. Sizi əmin edirəm ki, bu təhlükəli oyuncaqdır. Biz bu təhlükəli xətti keçmək üçün çox iş görmüşük. Bizi geriyə itələmək lazım deyil. Bəyəm rus xalqı Rusiya Federasiyasının parçalanmasında və dağılmasında maraqlıdır? Bəyəm belə olsa Rusiya qalacaq? Siz bizi Moskva vilayətinə çevirmək istəyirsiniz?”, - Putin bildirib.

Cavabında Sokurov deyib ki, məqsədi sadəcə olaraq problemlərə diqqət yetirmək idi. Putin isə bildirib ki, heç kim buna qarşı deyil, amma bütün bunları danışmazdan əvvəl yaxşı düşünmək lazım idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...