ABŞ-da tornado nəticəsində həlak olanların sayı 80-ə çatıb - ednews.net

24 Yanvar, Bazar ertəsi

ABŞ-da tornado nəticəsində həlak olanların sayı 80-ə çatıb

Dünya A- A A+

ABŞ-da ötən gün bas vermiş tornado nəticəsində həlak olanların sayı 80-ə çatıb.

EDNews.net-in xəbərinə görə, ölüm halları 5 ştatda qeydə alınıb. Ən ciddi dağıntı və tələfat Kentukki ştatında müşahidə olunub.

ABŞ Prezidenti Co Bayden bu hadisəni ölkə tarixindəki ən dəhşətli tornadolardan biri kimi xarakterizə edib. Kentukki ştatının qubernatoru əhalini qan verməyə çağırıb. Xəsarət alanların dəqiq statistikası məlum deyil.

***

ABŞ-ın Kentukki ştatında təbii fəlakət insan tələfatına səbəb olub.

Tornado nəticəsində azı 70 nəfər həlak olub.

Ştatın qubernatorunun sözlərinə görə, ölənlərin sayının artacağı istisna edilmir. Bir neçə yaşayış məntəqəsində ciddi dağıntılar qeydə alınıb. Təbii fəlakət regionunda fövqəladə vəziyyət elan edilib. Tornadonun fəsadlarının aradan qaldırılmasına ordu da cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...