Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcək - ednews.net

17 Yanvar, Bazar ertəsi

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcək

Dünya A- A A+

Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirib.

EDNews.net-in xəbərinə görə, XİN sözçüsü Vahan Unanyan deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək.

“Ermənistan həmişəki kimi Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazırdır. Bu, hökumətin proqramında da öz əksini tapıb. Bu mənada, Türkiyə XİN başçısının münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq”, - Ermənistan XİN-nin rəsmisi bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...