Rusiya MN “Oxotnik” PUA-larının tədarükü üçün müqavilə imzalayıb - ednews.net

17 Yanvar, Bazar ertəsi

Rusiya MN “Oxotnik” PUA-larının tədarükü üçün müqavilə imzalayıb

Dünya A- A A+
Rusiya Müdafiə Nazirliyi S-70 “Oxotnik” zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) tədarükü üçün müqavilə imzalayıb.
 
EDNews.net xəbər verir ki, bu barədə ölkənin Müdafiə nazirinin müavini Aleksey Krivoruçko “Rossiya 24” telekanalının efirində məlumat verib.

O, işgüzar səfəri çərçivəsində baş çəkdiyi Novosibirsk Aviasiya Zavodunda ikinci “Oxotnik” prototipinin təqdimat mərasimində iştirak edib. Krivoruçko müəssisə tərəfindən dövlət müqavilələrinin yerinə yetirilməsinə nəzarət edib.

Müdafiə nazirinin müavininin sözlərinə görə, kütləvi istehsaldan çıxan PUA-ların təhvil verilməsi 2024-cü ildə gözlənilir.

“Oxotnik” PUA-larının alınması 2024-2033-cü illər üçün dövlət silahlanma proqramına daxildir.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...