“Omikron”un yayılma sürəti çox yüksəkdir - ÜST narahatdır - ednews.net

17 Yanvar, Bazar ertəsi

“Omikron”un yayılma sürəti çox yüksəkdir - ÜST narahatdır

Dünya A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə xüsusi nümayəndəsi David Nabarro deyir ki, koronavirusun “omikron” ştamı ilə bağlı vəziyyət cəmi bir neçə həftə ərzində sürətlə pisləşə bilər. Onun sözlərindən “RİA Novosti” sitat gətirir.

ÜST mütəxəssisi bildirib ki, koronavirusun yeni variantı bütün dünyada son dərəcə yüksək sürətlə yayılır. Onun sözlərinə görə, hər iki-üç gündə “omikron” ilə yoluxmaların sayı iki dəfə artır. Nabarro əlavə edib ki, bəzi ölkələrdə yeni ştamla bağlı vəziyyət ilin sonuna qədər kəskin şəkildə pisləşə bilər. O, belə dövlətlərə, xüsusən də Böyük Britaniyaya istinad edib.

Mütəxəssislər qeyd edirlər ki, virusun genomunda olan mutasiyalar onun yüksək yoluxuculuğundan, həmçinin variantın COVID-19-a yoluxmuş və peyvənd olunmuş şəxslərin anticisimlərinə qarşı müqavimətindən xəbər verir. Alimlərin fikrincə, "omikron" immun reaksiyası azalmış insan orqanizmində inkişaf etmişdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...