II Dünya müharibəsindən sonra ən irimiqyaslı hücum gözlənilir… - Konqresmen Maykl Uolts sərhədə cəmləşdirilmiş qoşunlar haqda - ednews.net

19 Yanvar, Çərşənbə

II Dünya müharibəsindən sonra ən irimiqyaslı hücum gözlənilir… - Konqresmen Maykl Uolts sərhədə cəmləşdirilmiş qoşunlar haqda

Dünya A- A A+

ABŞ Konqresinin Nümayəndələr palatasının respublikaçı üzvü Maykl Uolts hesab edir ki, Bayden administrasiyasının xarici siyasətdə cəsarətsiz addımları Rusiyanın Ukraynaya irimiqyaslı hərbi müdaxiləsinə gətirib çıxaracaq.

EDNews.net xəbər verir ki, konqresmen Uolts bu haqda “America's Newsroom” xəbər proqramında danışıb.

“Beləliklə, biz başa düşməliyik ki, istənilən vaxt Avropada II Dünya müharibəsindən bu yana ən irimiqyaslı yerüstü müdaxilənin şahidi ola bilərik. Yüz minlərlə Rusiya əsgəri Ukrayna sərhədlərində cəmləşdirilib. Ukraynanın elektrik şəbəkəsi infrastrukturuna kiberhücumlar artıb. Ukraynalılar, təsəvvür etmək çətin deyil ki, olduqca narahatdır , amma biz Ağ evdə belə ifrat narahatçılıq görmürük. Ağ evdə, prezidentin masası üzərində Ukraynaya 200 milyon dollarlıq hərbi yardımın ayrılması barədə sənədlər gözləyir, amma həmin sənədləri təsdiqləmirlər. Hesab edirəm ki, onlar (Ağ ev) 2014-cü ildəki səhv yanaşmanı təkrarlayırlar. Onlar ruslarla düşmənçiliyə getmək istəmirlər. Rusları qızışdırmaq istəmirlər, əslində isə bu aşkar zəiflikdir, qətiyyətsizlikdir və birbaşa əks nəticəyə gətirib çıxaracaq”,-konqresmen belə deyib.

Xatırladaq ki, Rusiya Ukrayna sərhədləri boyu 175 minlik qruplaşma cəmləşdirib və ABŞ kəşfiyyatı Kremlin yanvarın sonlarında, fevralın əvvəllərində hücum əmri verəcəyinə dair həyacanlı məlumatlar yayıb. Bayden administrasiyası elan edib ki, ABŞ Ukraynaya görə Rusiya ilə birbaşa döyüşə girməyəcək, amma Şərqi Avropadakı NATO üzvlərinin ərazilərinə əlavə hərbi qüvvələr göndərəcək. ABŞ Rusiyanın mümkün hərbi müdaxiləsinə sərt iqtisadi sanksiyalarla cavab veriləcəyini bildirir.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...