Ukrayna ABŞ-dan bir milyard dollar yardım istəyir - ednews.net

17 Yanvar, Bazar ertəsi

Ukrayna ABŞ-dan bir milyard dollar yardım istəyir

Dünya A- A A+

“Ukraynanın məqsədi ABŞ-dan 1 milyard dollar yardım almaqdır”.

EDNews.net xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Dmitri Kuleba deyib.

"ABŞ-ın 2022-ci il büdcə layihəsində Ukraynaya yardımın ümumi məbləği 756 milyon dollar nəzərdə tutulub. Bunun 400 milyon dolları təhlükəsizliyin gücləndirilməsi üçündür. Amma bizim 1 milyard dollar həcmində dəstək almaq məqsədimiz dəyişməz olaraq qalır . Əminik ki, ona doğru irəliləyirik", - Kuleba söyləyib.

O qeyd edib ki, Kiyev bütün səviyyələrdə Vaşinqtonla səmimi və birbaşa dialoq aparır. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti, Pentaqon və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Amerika tərəfi Ukraynada əsas islahatlara dəstək üçün 460 milyon dollardan çox vəsait ayırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...