“Ərdoğanla Putinin dostluğu elə bir həddədir ki…” - - Peskov münasibətlərin sirlərini açdı - ednews.net

28 Yanvar, Cümə

“Ərdoğanla Putinin dostluğu elə bir həddədir ki…” - - Peskov münasibətlərin sirlərini açdı

Dünya A- A A+

"Prezident Ərdoğanla Putinin çox isti dostluq əlaqələri var" deyən Dmitri Peskov Osmanlı imperiyasının yenidən qurulması ilə bağlı suala da cavab verib.

EDNews.net Bizim.Media-ya istinadən xəbər verir ki, Peskov yeni Osmanlının qurulması ilə razılaşmayıb:

"Türkiyənin türk birliyi ideyaları populyardır. Bəli, bizim tatar, başkırdlar kimi, Mərkəzi Asiya türklərinin də Türkiyə ilə ortaq tarix, ümumi mədəniyyətləri var. Dil tarixi və adət-ənənələri də oxşayır. Bunda qorxulu heç nə yoxdur. 

Əlbəttə, Türkiyədə daha çoxuna nail olmaq istəyən milliyətçi qüvvələrin olduğunu bilirəm. Amma Allaha şükür ki, bu millətçilər elə də çox deyillər. Sadəcə böyük Turan ideyalarında qalıblar. Millətçilər hər ölkədə var və onları lazımsız fəaliyyətlərdən hazırkı hökumətlər çəkindirir". 

Peskovun fikrincə, Ərdoğanla Putinin dostluğu elə bir həddədir ki, ən çətin problemləri də birgə həll edirlər. Buna çoxsaylı nümunələr də var. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...