Qırğızıstan ordusu “Bayraktar TB2” PUA-larını istifadə etməyə başlayıb - ednews.net

20 Yanvar, Cümə axşamı

Qırğızıstan ordusu “Bayraktar TB2” PUA-larını istifadə etməyə başlayıb

Dünya A- A A+
Qırğızıstanın Türkiyədən aldığı “Bayraktar TB2” zərbə PUA-ları öz vəzifələrini aktiv şəkildə yerinə yetirməyə başlayıb.
 
EDNews.net xəbər verir ki, Qırğızıstan Prezidenti Sadir Çaparov ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətində fəaliyyətə başlayan “Bayraktar TB2”lərə baxış keçirib.

TB2-lər Cəlal-Abad hava limanında yerləşdirilib.

Səfər zamanı Çaparova “Bayraktar”lar haqqında məlumat verilib, nümayiş uçuşu həyata keçirilib.

Qırğızıstan Prezident Administrasiyasından verilən açıqlamada “Bayraktar TB2”lərin tamamilə büdcədən ayrılan vəsaitlə alındığı və ölkənin müdafiə, təhlükəsizlik və sərhəd mühafizəsi üçün istifadə ediləcəyi vurğulanıb.

Qırğızıstan TB2-lərinin həm ROKETSAN tərəfindən hazırlanmış MAM-L sursatları, həm də ASELSAN tərəfindən hazırlanmış CATS elektro-optik sensor sistemi ilə təchiz edildiyi görülüb. CATS sistemi indiyədək 5 ölkəyə ixrac edilib. Xaricə ixrac edilən CATS sistemləri “Bayraktar TB2” platformaları tərəfindən istifadə olunur.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin paylaşdığı məlumata görə, ölkəsi Türkiyədən 33,4 milyon dollar dəyərində hərbi texnika alıb. Taşiyevin sözlərinə görə, Qırğızıstan ilk dəfə olaraq Türkiyədən 40 zirehli maşından əlavə “Bayraktar TB2” alıb.

Taşiyev həmçinin qeyd edib ki, Rusiyadan “Orlan-10” PUA-ları da alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...