KİV: Türkiyə və Qətər arasında Kabil aeroportuna dair razılıq əldə olunub - ednews.net

16 Yanvar,

KİV: Türkiyə və Qətər arasında Kabil aeroportuna dair razılıq əldə olunub

Dünya A- A A+

Türkiyə ilə Qətər Əfqanıstanın paytaxtı Kabil şəhərindəki beynəlxalq hava limanını birgə idarə edəcək.

EDNews.net Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, diplomatik mənbə aeroportun idarə olunması barədə müqavilənin dekabrın 7-də xarici işlər naziri Mövlud Çavuşoğlunun Qətərə səfəri zamanı Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 7-ci iclasında imzalandığını bildirib.

Qeyd olunub ki, son vaxtlar Qətər və Türkiyə nümayəndə heyətləri arasında hava limanının iki ölkə ilə ortaq şəkildə işləməsi ilə bağlı müxtəlif müzakirələr də aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...