Peskov Rusiyanı “tamamilə demokratik” ölkə adlandırdı - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Peskov Rusiyanı “tamamilə demokratik” ölkə adlandırdı

Dünya A- A A+

Rusiya “ tamamilə demokratik” ölkədir və bunun əksini söyləyənlər ölkə həyatının xüsusiyyətlərini bilmirlər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin." proqramına müsahibəsində Vladimir Solovyovun suallarını cavablandırarkən deyib.

"Rusiya həqiqətən güclü, çox qürurlu və çox azad insanların yaşadığı tamamilə demokratik ölkədir. Əgər kimsə bunun əksini deyirsə, o, sadəcə olaraq bizim ölkəmizi bilmir və anlamır", - Peskov bildirib.

Aparıcının Rusiyanın diktatura, yoxsa demokratiya olması sualını şərh edən Kreml sözçüsü vurğulayıb ki, bu, ilk növbədə, suveren dövlətdir. "Biz Rusiya Federasiyasıyıq, biz suveren dövlətik. Prezident Vladimir Putin nə çox, nə də az Rusiya Federasiyasının Konstitusiyasında nəzərdə tutulan səlahiyyətlərə malikdir", - o deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...