Putin MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək - ednews.net

20 Yanvar, Cümə axşamı

Putin MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

Dünya A- A A+

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda əyani formada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

EDNews.net xarici  KİV-ə istinadən xəbər verir ki, liderlərin Belarusun 2021-ci ildə qurumda sədrliyinə yekun vuracaq, ümumi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparacaq, əməkdaşlığın səmərəliliyinin artırılması və üzv ölkələrin sosial-iqtisadi inkişafı üzrə gələcək tədbirləri müzakirə edəcəklər.

Qeyd olunub ki, qarşıdan gələn görüş həm də ona görə əlamətdardır ki, dekabrda MDB-nin yaradılmasının 30 ili tamam olur.

Qeyri-rəsmi görüşün təşəbbüskarı Rusiya prezidenti olub. Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edəcəklər. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də sammitə qatılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...