Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib - ednews.net

21 Yanvar, Cümə

Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Dünya A- A A+

"NATO yanvarın 12-də keçiriləcək NATO Şurası - Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırdır".

EDNews.net APA-ya istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.

"Mən ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Rusiyanın Ukrayna ətrafındakı hərbi gücünün deeskalasiyasını müzakirə etdim. NATO vahid cəbhədə çıxış edir. Biz yanvarın 12-də keçiriləcək NATO Şurası - Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırıq", deyə Baş katib "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında təhlükəsizliklə bağlı danışıqlar yanvarın 10-da Cenevrədə başlayacaq. Ardınca, məsələ yanvarın 12-də NATO Şurası - Rusiya iclası çərçivəsində Brüsseldə, bir gün sonra isə Vyanada müzakirə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...