Yeni maliyyə böhranı baş verəcək - Elon Muskdan xəbərdarlıq - ednews.net

17 Yanvar, Bazar ertəsi

Yeni maliyyə böhranı baş verəcək - Elon Muskdan xəbərdarlıq

Dünya A- A A+

Qlobal maliyyə böhranı 2022-ci ilin yazında və ya yayında başlaya bilər. 

EDNews.net xəbər verir ki, bu proqnozu “Tesla” şirkətinin yaradıcısı İlon Mask “Twitter” sosial şəbəkəsində bildirib.

Məlumata görə, bir istifadəçi Twitter-də ümumi bazar dəyəri 1 milyard dollar olan 936 startapın siyahısını yerləşdirib və Muskdan siyahının beş ildən sonra necə görünəcəyini soruşub.

Teslanın rəhbəri cavab verdi ki, onlardan bir neçəsi növbəti böhrandan sağ çıxacaq. Mask bu böhranın nə vaxt baş verəcəyi barədə də danışıb.

“Makroiqtisadiyyatı proqnozlaşdırmaq, yumşaq desək, asan deyil. İçimdə hiss edirəm ki, bu, təxminən 2022-ci ilin yazında və ya yayında baş verəcək, lakin 2023-cü ildən gec olmayaraq”, deyə Mask qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...